Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner ilə telefon danışığı apardığını bildirib.
Leqal.info xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında yazıb.
Onun sözlərinə əsasən, tərəflər bəzi mühüm detallar ətrafında fikir mübadiləsi aparıblar.
“Birgə nəticə və davamlı sülh naminə işləyə biləcək yaxşı ideyalar var. Ümid edirəm ki, bugünkü Milad ərəfəsində əldə etdiyimiz bu razılaşmalar və müzakirə olunan ideyalar faydalı olacaq”, – deyə Ukrayna lideri vurğulayıb.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта