Rusiyada vərəm xəstəliyinə yoluxma halları son 10 ildə 3,5 dəfə, ölüm halları isə 7 dəfə azalıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Ftiziopulmonologiya və Yoluxucu Xəstəliklər üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin direktoru İrina Vasilyeva məlumat verib.
Bildirilib ki, həmçinin müalicə müddəti də altı aya endirilib.
“Təkcə son 10 ildə vərəmdən ölüm yeddi dəfə, vərəmə yoluxma halları isə 3,5 dəfə azalıb. Rusiya 1990-cı illərin sonlarından bəri ÜST-ün vərəm səviyyəsinin yüksək olduğu ölkələr siyahısında idi. Nəhayət, Rusiya 2021-ci ildə bu siyahıdan çıxarılıb”.
Vasilyevanın sözlərinə görə, SSRİ-də vərəmlə mübarizə uzun illərdir uğurla aparılırdı və 1990-cı il bu baxımdan ən uğurlu il oldu:
"Sonra ölkəmizin yaşadığı sosial-iqtisadi dəyişikliklər səbəbindən artım müşahidə edildi. Həm xəstələnmə, həm də ölüm nisbəti təxminən üç dəfə artdı, sonra on il ərzində yüksək rəqəmlərə çatdı və son on ildə əhəmiyyətli dərəcədə azalma müşahidə etdik və müalicə müddətini altı aya endirə bildik".
Şeyda