RU

Müəllimlərdən şikayət: Məktəb parkinqi hər gün cərimə gətirir

Ajans.az xəbər verir ki, hər gün işə gedib-gəldikləri üçün avtomobillərini məktəbin qarşısında saxlayırlar və bunun müqabilində gündəlik 4-5 manat ödəniş edirlər. Müəllimlərdən biri bildirib ki, ərazi onların xəbəri olmadan, heç bir elan verilmədən və avtomobillər siyahıya alınmadan "AzParking" zonası elan edilib: "Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir". Başqa bir müəllim isə məsələ ilə bağlı narazılığını belə ifadə edib: "Həftənin beş günü 40 manat ödəsəm, ayın sonunda bu, kifayət qədər böyük məbləğ edir. "AzParking" əməkdaşlarına şikayət etdikdə "ictimai nəqliyyatdan istifadə edin" cavabını alırıq".(Baku.tv)

Избранный
14
Ajans.az

1Источники