RU

Bu iki ölkə sərhədində qarşıdurma Ölənlər var

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tacikistan və Əfqanıstan sərhədində toqquşma

baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik

Komitəsi məlumat yayıb. Məlumata görə, sərhədçilərlə Əfqanıstandan Tacikistana

soxulmağa çalışan silahlı şəxslər arasında baş verən qarşıdurmada iki sərhədçi

də daxil olmaqla beş nəfər həlak olub. Bildirilir ki, sərhədi qanunsuz keçməyə

çalışan üç nəfər Xatlon vilayətinin Şəmsəddin Şoxin rayonu yaxınlığında sərhədçilər

tərəfindən zərərsizləşdirilib. Hadisə yerində üç M16 tüfəngi, bir Kalaşnikov

tüfəngi, üç xarici istehsal səsboğucu tapança, 10 qumbara, partlayıcı maddələr

və müxtəlif sursat müsadirə edilib.

Yerli mənbələrin məlumatına görə,

qarşıdurmadan sonra sərhəddə vəziyyət sakitdir. Hadisə ilə bağlı araşdırma

davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
47
1
metbuat.az

2Источники