
Əksəriyyəti qadın və uşaq olmaqla 630 mindən çox Kamboca mülki vətəndaşı Tailandla sərhəddə artan münaqişə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 636,6 mindən çox Kamboca sakini, o cümlədən 534,300-dən çox qadın və uşaq evlərini tərk edib.