RU

Azərbaycanda 2025-in son qolu penaltidən vuruldu!

Milsi premyer-liqası ilə 2-ci liqanın ardından bu gün 1-ci liqa da qış fasiləsinə yollandı. Aşağı dəstədə 12-ci turun son iki oyunu Binədə və Ağsuda keçirildi. Ağsuda keçirilən "Difai" - "Cəbrayıl" oyununun 3-cü uzatma dəqiqəsində penaltidən fərqi azaldan Tapdıq Əhmədov ölkəmizdə 2025-ci ildə peşəkar futbolda vurulan son qolun müəllifi oldu.
1-ci liqa, 12-ci tur
MOİK - Şəfa 0:2
Nahid Əliyev, 68. Zahid Mərdanov, 83.
Difai - Cəbrayıl 5:2
Bayraməli Qurbanov, 1; 17; 45+2. Roman Hüseynov, 61. Nazim Həsənzadə, 81 - Dileyn Açimi, 11. Tapdıq Əhmədov, 90+3-p.
Turun ilk üç oyunu dekabrın 24-də keçirilib: Mingəçevir - Şahdağ Qusar 1:1, Səbail - Şimal 3:4, Baku Sportinq - Zaqatala 2:1.
1-ci liqada 13-cü turun oyunları fevralın 5-7-si aralığında keçiriləcək.
Xal durumu: Şəfa - 30, Baku Sportinq - 25, Səbail - 22, Mingəçevir - 21, Zaqatala - 17, MOİK - 14, Cəbrayıl, Şahdağ Qusar - 12, Difai - 9, Şimal - 5.
Bombardir: Seyxan Fərəcov (Ordu) - 11.

Избранный
35
1
football-plus.az

2Источники