RU

Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti axtarışa verildi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti Andrey Pavelko rəsmi olaraq axtarışa verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun ötən ilin sonlarında Ukrayna ərazisini tərk etdiyi ehtimal olunur. Hüquq-mühafizə orqanları Pavelkonu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əmlakı mənimsəmə və israf, həmçinin vəzifə saxtakarlığı maddələri üzrə şübhəli bilirlər.

İstintaqın əsas epizodları UEFA vəsaitləri ilə bağlı maliyyə maxinasiyalarına aiddir. İstintaqın məlumatına görə, UEFA-dan daxil olan maliyyə vəsaitləri özəl strukturun hesablarına yönləndirilib, bundan sonra isə vəsaitlər yoxa çıxıb. Dəymiş zərərin məbləği 9.32 milyon avro olaraq qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
1
oxu.az

2Источники