RU

Fransalı hücumçudan narazılıq var - Satmağı planlaşdırırlar

“Milan”ın hücumçusu Kristofer Nkunku qış transfer pəncərəsində komandadan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu fransalı futbolçunun oyunundan narazıdır və yaxşı təklif alacağı təqdirdə, onu satmağı düşünür.

“Milan” Nkunkunu bu yay “Çelsi”dən 37 milyon və üstəgəl 5 milyon avroya alıb.

28 yaşlı forvard Milan klubunun heyətində bütün yarışlarda 14 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Избранный
47
sportinfo.az

1Источники