“Oğlum Murad ikinci sinfə gedir. Raul isə məktəbəqədər hazırlıqdadır. Son vaxtlar Raulda musiqi sevgisi yaranıb. Bir qəşəng rəqs edir… Atadan keçib. Əsas odur ki, musiqi zövqləri o qədər gözəldir ki… Biri qulaq asana, o biri asmır. Amma ikisi də yaxşı mahnı dinləyir”.
Ölkə.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov “Qonaqcanlı” verilişində deyib. Müğənni oğullarından danışpb:
“Məni çox istəyirlər. Evdən çıxanda anam soruşur ki, uşağa demisən onu məktəbdən götürməyəcəksən? Muradın arxasınca mən getməyəndə həyat yoldaşım gedir. O da əsəbləşir ki, niyə sən gəlmisən? Adətən gedə bilməyəndə özünə deyirəm ki, bilsin”.