RU

İran müsəlman ölkəsini buna görə qazsız qoyub

İran hakimiyyəti qonşu İraqa qaz tədarükünün tam dayandırılmasının əsas səbəbləri kimi qış mövsümündə havaların soyumasını və texniki nasazlıqları göstərib.

Publika.az xəbər verir ki, bu barədə INA agentliyi İraq Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əhməd Musanın açıqlamasına istinadla məlumat yayıb.

O bildirib ki, İraqda bu xammal əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunur.

Onun sözlərinə görə, qaz tədarükü dayandırılmadan əvvəl də kifayət qədər olmayıb və razılaşdırılmış gündəlik 25 milyon kubmetr əvəzinə cəmi 5 milyon kubmetr təşkil edib.

Musa əlavə edib ki, bunun nəticəsində Bağdad və İraqın mərkəzi bölgələri artıq İran qazı ilə təmin olunmur, qaz yalnız cənub rayonlarına paylanırdı.

Избранный
33
publika.az

1Источники