RU

Rusiyada müxalifət lideri Sergey Udaltsova hökm oxunub

BAKI, 26 dekabr. TELEQRAF

Rusiyada Vladimir Putinin tənqidçisi, “Sol Cəbhə” hərəkatının lideri Sergey Udaltsov terrorçuluğa haqq qazandırmaq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, Sergey Udaltsov cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək. Müstəqil "Mediazona" nəşrinin yazdığına görə, ittiham Udaltsovun internetdə terror təşkilatı yaratmaqda təqsirləndirilən digər rus fəalları dəstəkləyən məqalə paylaşması ilə bağlıdır. Həmin şəxslər bu ayın əvvəlində 16 ildən 22 ilədək həbs cəzası alıblar.

Udaltsov ittihamları saxta adlandıraraq məhkəmə hökmünü “biabırçı” kimi qiymətləndirib və aclıq aksiyasına başladığını açıqlayıb.

Qeyd edək ki, Sergey Udaltsov 2011–2012-ci illərdə Rusiyada parlament seçkilərində saxtakarlıq iddiaları fonunda keçirilən kütləvi etirazların əsas simalarından biri olub. O, daha əvvəl də bir neçə dəfə saxlanılıb və 2014-cü ildə 2012-ci il etiraz aksiyalarının təşkili ilə bağlı 4,5 il həbs cəzasına məhkum edilib, 2017-ci ildə azadlığa buraxılıb.

Məlumata görə, Ukraynada müharibə başladıqdan sonra Rusiya hakimiyyəti ölkədə müxalifətə, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri xeyli artırıb. Bu müddətdə yüzlərlə şəxs həbs edilib, minlərlə insan isə ölkəni tərk etmək məcburiyyətində qalıb.

Избранный
66
teleqraf.com

1Источники