RU

"Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 303-VIIQ nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 303-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.1-ci, 6.1-ci, 6.1.12-ci, 7.2-ci, 8.2.3-cü, 8.2.4-cü, 8.2.7-ci, 10.2-ci, 10.3-cü (hər iki halda), 10.4-cü (hər iki halda), 14.1.3-cü, 14.1.4-cü, 14.2-ci, 24.2.2-ci, 24.2.5-ci və 29.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 6.1.12-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 7.2-ci, 10.3-cü (hər iki halda) və 10.4-cü (hər iki halda) maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 1.1.1-ci, 8.2.3-cü, 8.2.7-ci, 14.1.3-cü, 14.1.4-cü, 24.2.2-ci, 24.2.5-ci və 29.2-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 8.2.4-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;

1.6. həmin Qanunun 10.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 14.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur; 

1.8. həmin Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirir:

1.8.1. həmin Qanunun 6.1.1-ci, 6.1.2-ci (daxili qoşunların komandanının və ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitlərin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasına münasibətdə), 6.1.3-cü (daxili qoşunların hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsinə münasibətdə), 6.1.4-cü, 6.1.6-cı, 6.1.7-ci (daxili qoşunların hərbi şurasının əsasnaməsinin təsdiq edilməsinə münasibətdə) və 6.1.8-ci maddələrində müəyyən edilən səlahiyyətlərə münasibətdə Azərbaycan Respublikasının Prezidenti; 

1.8.2. həmin Qanunun 6.1.9-cu maddəsində müəyyən edilən səlahiyyətlərə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti;

1.8.3. həmin Qanunun 6.1.2-ci (bu Fərmanın 1.8.1-ci yarımbəndi nəzərə alınmaqla digər zabitlərin polkovnik-leytenant, polkovnik hərbi rütbəli vəzifələrə təyin edilməsinə və vəzifədən azad edilməsinə və həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasına münasibətdə), 6.1.3-cü (bu Fərmanın 1.8.1-ci yarımbəndi nəzərə alınmaqla daxili qoşunların hərbi qulluqçularına ilk zabit rütbəsi və həvəsləndirmə qaydasında zabit rütbələrinin, habelə polkovnik-leytenant və polkovnik hərbi rütbələrinin verilməsinə münasibətdə), 6.1.7-ci (daxili qoşunların hərbi şurasının tərkibinin müəyyən edilməsinə münasibətdə), 6.1.11 - 6.1.22-ci maddələrində müəyyən edilən səlahiyyətlərə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

1.8.4. həmin Qanunun 6.1.10-cu maddəsində müəyyən edilən səlahiyyətə münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;

1.8.5. həmin Qanunun 6.1.23-cü maddəsində müəyyən edilən səlahiyyətlərə münasibətdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 303-VIIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 303-VIIQ nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2025-ci il

Избранный
49
azerbaijan-news.az

1Источники