RU

Dayısının evindən içərisində 4500 manat olan balonu oğurlayan gəncə hökm oxunub

BAKI, 26 dekabr. TELEQRAF

Ağcabədi şəhərində qohumunun evindən oğurluq etməkdə təqsirləndirilən 17 yaşlı gənc barəsində məhkəmə hökmü çıxarılıb.

Teleqraf xəbər verir ki, 2007-ci il təvəllüdlü Azər Lətifov (ad və soyad şərtidir) dayısının həyat yoldaşına məxsus evdən oğurluq edib.

İttihama görə, zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə qohumlarının evində keçirilən məclisdə olarkən, bundan istifadə edən A.Lətifov Ağcabədi şəhərində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olub. O, yataq otağında yerləşən sandığın içərisindən bir ədəd 3 litrlik şüşə balonu və həmin balonun içində olan 4500 manat pul vəsaitini oğurlayıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, rəsmi iş yeri olmayıb və maddi ehtiyac səbəbindən oğurluq etmək qərarına gəlib. O, oğurladığı pulu bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərclədiyini, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini qeyd edib.

Zərərçəkmiş şəxs isə ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın ödənildiyini və heç bir şikayətinin olmadığını bildirib.

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Azər Lətifov Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Избранный
53
teleqraf.com

1Источники