RU

Misirdə bina uçdu: 9 nəfər öldü

BAKI, 26 dekabr. TELEQRAF

Misirin Giza əyalətində beşmərtəbəli yaşayış binasının uçması nəticəsində doqquz nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "Al-Ahram" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, təxminən 36 saat davam edən fasiləsiz axtarış-xilasetmə işlərindən sonra xilasedicilər dağıntılar altından doqquz nəfərin cəsədini çıxarıblar.

Hadisə nəticəsində daha 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Binanın uçmasının səbəbləri hələlik məlum deyil, hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
29
teleqraf.com

1Источники