RU

Azərbaycanda bu məmurlar gizli ittifaq yaradır? İnanılmaz ssenari

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son günlər Azərbaycanda ard-arda həbs olunan və istintaqa cəlb edilən yüksək vəzifəli şəxslər, oliqarxlar cəmiyyətdə ciddi suallar doğurur. Bildirilir ki, bu tip fiqurların illərlə formalaşdırdığı maliyyə, əlaqə və təsir şəbəkələri dövlət üçün potensial risk mənbəyinə çevrilə bilər. Onların gizli ittifaqlar quraraq hakimiyyətə qarşı koordinasiyalı addımlar atması ehtimalı da müzakirə mövzusudur.

Bu cür şəxslər dövlətə nə kimi təhlükə yaradır? Onların gizli şəkildə ittifaq qurması və ya hakimiyyətə qarşı birləşməsi mümkündürmü? Hazırkı mühitdə belə bir birləşmə üçün münbit şərait varmı?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Azərbaycanda klanlar arasında münasibətlər heç vaxt sağlam olmayıb:

“Çünki hakimiyyət daxilində bu qruplar daim bir-biri ilə mübarizə aparıb. Ona görə də ayrı-ayrı klanların müstəqil şəkildə gücə çevrilərək dövlət üçün real təhlükə yaratmaq imkanları yoxdur. Nəzəri baxımdan bir neçə klanın birləşməsi mümkün görünə bilərdi. Lakin əmlakın və təsir dairələrinin yenidən bölüşdürülməsi uğrunda ciddi rəqabət və dərin fikir ayrılıqları buna mane olur. Həm də hazırkı klanların daxilində siyasiləşmiş, intellektual potensiala malik şəxslərin sayı azdır. Bu da onların ciddi siyasi məqsədlər güdmək və ya ali hədəflər uğrunda fəaliyyət göstərmək imkanlarını məhdudlaşdırır. Bu adamların fəaliyyəti əsasən maddi maraqlarla və kriminal xarakterli davranışlarla məhdudlaşır”.

Sərdar Cəlaloğlu

ADP sədri bildirib ki, siyasi dəyişiklikləri, hakimiyyət uğrunda real mübarizəni yalnız ideyası, proqramı və konkret məqsədləri olan siyasiləşmiş qruplar apara bilər:

“Tarixdə buna nümunələr var. Məsələn, Mediçi ailəsi kriminal fəaliyyətlərlə məşğul olsa da, yüksək siyasi ambisiyaları və strateji düşüncəsi sayəsində Avropanın siyasi həyatında həlledici rol oynaya bilib. Hazırkı durumda isə vəzifəli şəxslər daha çox bu qarşıdurmalardan minimum itki ilə çıxmağa çalışırlar. Onların arasında cəmiyyət daxilində nüfuzu olan, xalqın müəyyən təbəqələrini arxasınca apara biləcək fiqurlar yoxdur. Əsas problem də məhz budur. Azərbaycanda hətta hərbi gücə malik olsan belə, xalqın dəstəyi olmadan ciddi siyasi addımlar atmaq mümkünsüzdür. Xoşbəxtlikdən, mövcud klanların xalqımıza qarşı uzun illər apardığı düşmənçilik siyasəti onları cəmiyyətin dəstəklənməsi ehtimalını mümkünsüz edir. Bu isə dövlət üçün əsas təminatdır, xalq bu cür qrupların siyasi oyunlarında iştirak etməyəcək və onların ictimai-siyasi proseslərdən öz məqsədləri üçün istifadə etməsinə imkan verməyəcək”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
globalinfo.az

1Источники