RU

Bakıda ağır qəza: 3 nəfərin öldüyü mikroavtobus qanunsuz işləyirmiş - AYNA-dan AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonunda avtobusların iştirakı ilə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

 

Senzor.az bildirir ki, AYNA sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobusun qanunsuz işlədiyini bəyan edib.

 

“Dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

 

Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.

 

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.

 

Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, baş verən qəza nəticəsində qanunsuz fəaliyyət göstərən mikroavtobusda olan şəxslərdən 3-ü həlak olub, daha 8 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Избранный
35
3
senzor.az

10Источники