Bu gündən etibarən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb.
Doğru.az xəbər verir ki, bu barədə AMB rəsmi məlumat yayıb.
Məlumata görə, Taleh Kazımovun imzası əsginasın ön tərəfində, sol yuxarı küncdə yerləşdirilib. Pul nişanının üzərində həmçinin “2025” istehsal ili qeyd olunub.
Bildirilib ki, yenilənmiş 50 manatlıq əsginasın dizayn elementləri və texniki göstəriciləri hazırda dövriyyədə olan eyni nominallı pul nişanı ilə eynidir. Yeni əsginaslar mövcud 50 manatlıqlarla paralel şəkildə tədavüldə olacaq.
DOĞRU.AZ