RU

Plesetskdən buraxılan “Soyuz-2.1a” raketi orbitə peyk çıxarıb

Plesetsk kosmodromundan buraxılan “Soyuz-2.1a” orta sinif raket daşıyıcısı peyki uğurla orbitə çıxarıb.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, raketin buraxılışı 25 dekabr tarixində Moskva vaxtı ilə saat 17:11-də həyata keçirilib və proses plan üzrə başa çatıb.

Nazirliyin açıqlamasında bildirilib ki, kosmik gəmi nəzərdə tutulan vaxtda hədəf orbitə daxil edilib və Aerokosmik Qüvvələrin yerüstü idarəetmə vasitələri tərəfindən nəzarətə götürülüb.

Qeyd olunub ki, kosmik aparatla sabit telemetrik rabitə qurulub, onun bütün göyərtə sistemləri normal rejimdə fəaliyyət göstərir.

DOĞRU.AZ

Избранный
21
1
dogru.az

2Источники