RU

Premyer Liqa klubundan 240 milyon avro tələb olundu

BAKI, 26 dekabr. TELEQRAF

İngiltərənin “Vest Hem” klubu hücum xəttini gücləndirmək məqsədilə Çempionşip təmsilçisi “Koventri Siti”yə Haci Rayt üçün rəsmi müraciət ünvanlayıb.

Teleqraf “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin ABŞ millisinin üzvü bağlı sorğusuna qarşı tərəf gözlənilməz cavab verib.

Çempionşipin hazırkı lideri 27 yaşlı forvardın transfer qiymətini 200 milyon funt-sterlinq (təxminən 240 milyon avro) məbləğində müəyyənləşdirib.

“Vest Hem” bu tələbdən sonra digər namizədləri nəzərdən keçirməyə başlayıb.

Qeyd edək ki, Haci Rayt cari mövsümdə keçirdiyi 18 matçda 8 qol vurub. Onun bazar qiyməti 12 milyon avrodur.

Избранный
48
teleqraf.com

1Источники