RU

Zəngəzur dəhlizi tezliklə açılır: İrəvandan dəqiq tarixlə bağlı məlumat gəldi

ABŞ 2026-cı ildə Cənubi Qafqazdakı fəaliyyətini artıracaq. Hətta s "Tramp marşrutu"nun rəsmi olaraq açılması da istisna edilmir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Amerika Araşdırmaları İnstitutunun rəhbəri, politoloq Suren Sarkisyan “Sputnik Armenia”ya bildirib.

Onun sözlərinə görə, bu tədbir Ermənistanda iyun ayında keçiriləcək seçki kampaniyası ilə üst-üstə düşə bilər. Ekspert qeyd edib ki, Amerikanın Ermənistandakı və bütövlükdə regiondakı prioritetləri və maraqları Ermənistan reallıqları prizmasından deyil, qlobal siyasət kontekstində nəzərdən keçirilməlidir.

Sarkisyan qeyd edib ki, "Biz "Tramp marşrutu"na "erməni prizmasından" baxmağa meylliyik. Əslində, söhbət təkcə Ermənistan, Azərbaycan və kommunikasiyalardan getmir. Bu, Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyə, Rusiyadan yan keçməyə və Çinin bölgədəki təsirini azaltmağa yönəlmiş daha böyük bir layihənin bir hissəsidir".

Politoloqun izah etdiyi kimi, bu, ilk növbədə Mərkəzi Asiya ölkələrindən Avropa bazarına enerji ixracı və Avropanın Rusiyadan asılılığını azaltmaq istəyi ilə bağlıdır. Bu kontekstdə "Tramp marşrutu" qaz və neft boru kəmərlərinin, eləcə də nəqliyyat və ticarət dəhlizlərinin inşa edilə biləcəyi bir neçə alternativ logistik marşrutdan yalnız biridir. Ermənistan sadəcə Azərbaycanla Naxçıvan arasında öz ərazisi vasitəsilə əlaqəni təmin etməkdən daha geniş bir geoiqtisadi layihənin bir hissəsidir.

Избранный
63
publika.az

1Источники