RU

Real Vinisiusun yerinə sensasiyalı transferə imza ata bilər

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real Madrid" Vinisius Juniorun klubdan ayrılacağı təqdirdə onun yerinə transfer etmək istədiyi futbolçunu müəyyənləşdirib.

Metbuat.az xəbər verir ki, klub prezidenti Florentino Perez braziliyalı oyunçunun transferindən əldə edə biləcəyi gəliri Erlinq Holannın transferi üçün istifadə etmək istəyir. "Defensa Central"ın məlumatına görə, bu transfer baş tutarsa, Kilian Mbappe ənənəvi mövqeyində oynayacaq. Erlinq Holann hücumun mərkəzində yer alacaq.

"Mançester Siti"nin Erlinq Holannı göndərmək niyyətində olmadığı, lakin oyunçunun özü ayrılmaq istəsə, transferin mümkün ola biləcəyi irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
1
metbuat.az

10Источники