RU

Zelenski Uitkoff və Kuşnerlə müzakirə aparıb: “Yaxşı ideyalar var”

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ümid edirəm ki, Milad razılaşmalarımız və bu gün müzakirə etdiyimiz ideyalar faydalı olacaq”

Ukrayna Prezidenti Volodimir Zelenski dünən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və diplomatik müşaviri Cared Kuşner ilə söhbət edib. AYNA.AZ xəbər verir ki, bu barədə Zelenski “Telegram”da yazıb.

O qeyd edib ki, "Konstruktiv, intensiv iş, xoş sözlər və ukraynalılara Milad təbrikləri üçün təşəkkür edirik. Ukraynaya qarşı bu qəddar Rusiya müharibəsini bitirməyə və bütün sənədləri və addımları real, effektiv və etibarlı etməyə çalışırıq".

Zelenskinin sözlərinə görə, söhbət zamanı işin bir neçə vacib detalı müzakirə edilib: "Ortaq nəticə və davamlı sülh naminə işləyə biləcək yaxşı ideyalar var. Əsl təhlükəsizlik, əsl bərpa, əsl sülh - bu, Ukraynaya, ABŞ-a, Avropaya və bizi dəstəkləyən hər bir tərəfdaşımıza lazım olan şeydir. Ümid edirəm ki, Milad razılaşmalarımız və bu gün müzakirə etdiyimiz ideyalar faydalı olacaq", - deyə Prezident qeyd edib.

Söhbət zamanı Zelenski ilə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və ABŞ-la danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Hnatov, xarici işlər naziri Andrey Sibiqa, xarici işlər nazirinin birinci müavini Sergey Kıslıtsya, Prezident Aparatı rəhbərinin müavini İqor Brusilo və Prezident Aparatının müşaviri Aleksandr Bevz də iştirak ediblər.

"Razılığa gəldik ki, Rüstəm Stiv və Caredlə yenidən danışacaq. Biz hesab edirik ki, bizi nəticəyə yaxınlaşdıra biləcək bir günü və ya bir fürsəti də boşa sərf etmək olmaz. Qoy bugünkü söhbətimiz sülhə doğru daha bir addım olsun", - deyə dövlət başçısı əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
7
ayna.az

8Источники