RU

Yaşıl yarpağım mənim- “Səksənincilər" layihəsindən İman Usuboğlunun hekayəsi

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən İman Usuboğlunun "Yaşıl yarpağım mənim" hekayəsinitəqdim edir.


Nasir İman Usuboğlu 1954-cü il yanvarın 8-də Qərbi Azərbaycanın Saral kəndində anadan olub. Burada orta məktəbi (1971) və Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib (1976).

Əmək fəaliyyətinə istehsalatda başlayıb, Bakı, Sumqayıt, Oryol, Şəmkir şəhərlərində frezerçi, müəllim, mühasib, həmçinin, Saral kəndində kitabxanaçı, Qızılərən kənd orta məktəbində müəllim işləyib (1978-1983). Azərbaycana köçəndən sonra Şəmkir SES-də çalışıb (1983-1989).

İ.Usuboğlu ədəbi-bədii yaradıcılığa 80-cı illərin əvvəllərindən başlayıb. Həmin vaxtdan müntəzəm olmasa da, şeirləri, sonralar isə hekayələri və povestləri dövri mətbuat orqanlarında çap olunub, sonralar “Xəzər”, “Azərbaycan”, “Ulduz” jurnallarında müntəzəm olaraq hekayələrini çap etdirib. Onun hekayə və povestlərində folklor yaddaşımızın izləri qabarıq görünür. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

İ.Usuboğlu 2023-cü il iyunun 14-də vəfat edib.

Избранный
64
kulis.az

1Источники