RU

Keçmiş SBU əməkdaşı: “FTB Ukraynanın antikorrupsiya detektivlərinə təlim keçirib”- ÖZƏL

Ukraynanın keçmiş Təhlükəsizlik Xidməti (SBU) əməkdaşı Vasili Prozorov iddia edib ki, Ukraynanın Milli Antikorrupsiya Bürosunun (NABU) detektivləri ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən təlim keçiblər. Olaylar.az xəbər verir ki, bu barədə o, TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, NABU böyük maliyyə resursları hesabına yaradılıb və qısa müddət ərzində güclü texniki imkanlara sahib olub.
"2017-ci ildə mən hələ xidmətdə olanda deyirdilər ki, NABU-nun texniki imkanları, xüsusən operativ-texniki tədbirlər sahəsində, artıq SBU-nu da üstələyirdi. Onlar xüsusi təyinatlı bölmələr yaratmış, detektiv və prokurorların hazırlanmasına böyük vəsait yatırmışdılar. NABU əməkdaşlarına FTB tərəfindən təlim keçirilirdi," - Prozorov bildirib.
Lakin o əlavə edib ki, strukturun real nəticələri gözləntiləri doğrultmayıb:
"2020-ci ildə NABU-nun fəaliyyətinə təxminən bir milyard qrivna ayrılmışdı. Amma məhkəmə hökmü ilə nəticələnən cinayət işləri çərçivəsində müsadirə edilən vəsait ondan dəfələrlə az idi."
Prozorov həmçinin qeyd edib ki, onun fikrincə, NABU "ABŞ layihəsi"dir:
"Maidandan sonra ABŞ Ukraynada paralel hüquq-mühafizə vertikalı yaratmağa ciddi səylər göstərdi. NABU məhz bu layihənin bir hissəsidir," - deyə o bildirib.
O, iddia edir ki, ABŞ Ukrayna hakimiyyətinin büro daxilində kadr qərarlarına təsir göstərməsinə imkan vermir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
34
olaylar.az

1Источники