Quba, Qusar və Xızı rayonlarına qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Qusarın və Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 santimetrdir. Qubanın Xaltan kəndində 2, Xızının Altıağac qəsəbəsində isə 3, santimetr hündürlüyündə qar müşahidə edilib.
Qarın yağması ilə Quba və Qusarda temperatur mənfi 2 dərəcəyədək aşağı düşüb.