RU

Qaxın İlisu kəndinə mövsümün ilk qarı yağıb

Azərbaycanın şimal-qərb bölgəsindəki rayonlarda qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Dekabrın 25-də gecə saatlarında bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 3-5 santimetr təşkil edir. Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.

Избранный
21
3
azerbaijan-news.az

4Источники