RU

Həmin qadağanı bir il daha uzatdılar

Ukrayna hökuməti Rusiyadan gələn malların idxalına tətbiq edilən qadağanı və rüsumları daha bir il müddətinə uzadıb.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin rəsmi saytında dərc olunan yeni qərarlara əsasən, məhdudiyyətlərin müddəti 31 dekabr 2026-cı ilə qədər artırılıb.

Sənədə əsasən, Rusiyadan ət, balıq, qəhvə, çay, şokolad, qənnadı məmulatları, həmçinin gübrə, sənaye malları və nəqliyyat vasitələrinin gətirilməsi qadağan olaraq qalır. Eyni zamanda, idxal olunan digər Rusiya məhsullarına tətbiq edilən xüsusi rüsumlar da növbəti il ərzində qüvvədə olacaq.

"Cebheinfo.az" 

Избранный
2
1
cebheinfo.az

2Источники