RU

Xankəndi bayrama hazırdır (FOTO)

Xankəndi. Trend:

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramımünasibətilə dekabrın 27-də Xankəndi şəhərində iki yarmarkafəaliyyətə başlayacaq.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in Qarabağ bürosunaverilən məlumata görə, yarmarkaların təşkili ilə bağlı bütünhazırlıq işləri artıq başa çatdırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa,Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfəkeçiriləcək “Qış nağılı” adlı yarmarka, şəhərin Zəfər meydanındatəşkil edilib.

Bayram ovqatlı " Qış nağılı " yarmarkası yanvarın 5-dək davamedəcək. Yarmarkanin keçiriləcəyi meydan Yeni İl münasibətilə xüsusiişıqlandırmalarla bəzədilib, ərazi rəngarəng dekorasiyalarla bayramab-havasına bürünüb. Eyni zamanda, dekabrın 27-də Xankəndişəhərində Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyindəfəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığıilə “Kənddən şəhərə” Yeni İl yarmarkası da olacaq. Yarmarkadaiştirak edən fermerlər təsərrüfatlarının təbii və keyfiyyətli kəndtəsərrüfatı məhsullarını satışa çıxaracaqlar. Dekabrın 29-da isəXankəndidə şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü vəYeni İl münasibətilə geniş bayram proqramı, dekabrın 31-dəatəşfəşanlıq olacaq.

Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Xankəndi
Məqalədə:
Избранный
19
12
az.trend.az

10Источники