RU

Azərbaycanda nağdsız ödәnişlәr 8 milyard manata çatıb


Bu ilin noyabr ayının sonunda Azərbaycanda dövriyyәdә olan ödәniş kartlarının sayı ötәn aya nәzәrәn 134 min әdәd artaraq 21 milyon 835 min әdәd tәşkil edib.
Yeniavaz.com
 xəbər verir ki, keçәn ilin müvafiq dövrü ilә müqayisәdә bu göstәrici 12,2% artıb. Ödәniş kartlarında debet kartlarının sayı 14,7% artıb, kredit kartlarının sayı isә 6,7% azalıb.
Noyabr ayı әrzindә ölkәdaxili nağdsız әmәliyyatların hәcmi keçәn ilin müvafiq dövrü ilә müqayisәdә 14,4% artıb. Bu ilin noyabr ayı әrzindә kartlar vasitәsilә hәyata keçirilәn ölkәdaxili nağdsız ödәnişlәrin hәcmi 7 milyard 940 milyon manat tәşkil edib. Hәyata keçirilәn nağdsız ödәnişlәrin 6 milyard 948 milyon manatı elektron ticarәtin payına düşür. Qalan mәblәğin 990 milyon manatı POS-terminallar, 2 miyon manatı isә özünә xidmәt terminalları vә bankomatlar vasitәsilә gerçәklәşdirilib. İlin әvvәlindәn ödәniş kartları ilә nağdsız ölkәdaxili әmәliyyatların hәcmi ölkәdaxili kart әmәliyyatlarının 67,5%-ni tәşkil edib. Keçәn ilin noyabr ayının sonu ilә müqayisәdә bankomatların sayı 8,5%, POS-terminalların sayı 57,1% artıb.

Elnur Əli
Избранный
29
11
yeniavaz.com

10Источники