RU

Qış mövsümündə Heydər Əliyev Beynəlxalq Aeroportundan 70-dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu qış mövsümündə Avropa, YaxınŞərq, Asiya, MDB və regional istiqamətləri əhatə edən geniş uçuşşəbəkəsi ilə Bakını beynəlxalq hava nəqliyyatı sisteminə bağlamağadavam edir.

Hazırda hava limanından 35-ə yaxın aviaşirkət vasitəsilə 70-dənartıq beynəlxalq və regional istiqamətə müntəzəm reyslər yerinəyetirilir. Mövcud uçuş şəbəkəsi turizm, biznes və tranzitsəyahətləri üçün çevik və etibarlı imkanlar yaradır.

  • Türkiyə istiqamətləri üzrə İstanbul, Antalya, İzmir, Ankara,Mersin və Trabzon şəhərlərinə uçuşlar həyata keçirilir.
  • Yaxın Şərq regionu üzrə Dubay, Şarja, Əbu Dabi, Doha, Küveyt,Bəhreyn, Ciddə və Dammam, eləcə də istirahət məqsədli səyahətlərüçün Şarm əl-Şeyx və Male istiqamətləri mövcuddur.
  • Avropa marşrutları üzrə London, Paris, Berlin, Frankfurt, Roma,Milan, Vyana, Barselona, Budapeşt, Varşava və Praqa şəhərlərinəmüntəzəm reyslər icra olunur.
  • Mərkəzi və Cənubi Asiya istiqamətləri üzrə Daşkənd, Səmərqənd,Ürgənc, Bişkek, Düşənbə, həmçinin Çinin Pekin və Urumçi şəhərlərinəuçuşlar qış mövsümündə də davam etdirilir.

Qeyd olunan istiqamətlər üzrə uçuşlar AZAL, “Turkish Airlines”,“Air Astana”, “FlyArystan”, “Air Arabia”, “Lufthansa”, “QatarAirways”, “China Southern”, “Wizz Air”, “Polish Airlines” və digəraparıcı beynəlxalq aviaşirkətlər tərəfindən yerinə yetirilir.

Sərnişinlər qeyd olunan istiqamətlər üzrə aviabiletləri müvafiqaviaşirkətlərin rəsmi internet saytları vasitəsilə bron edəbilərlər.

Heydər Əliyev Beynəlxalq Aeroportu mövsümdən asılı olmayaraqgeniş marşrut şəbəkəsi və beynəlxalq tərəfdaşlıqları ilə regiondahava nəqliyyatı əlaqələrinin gücləndirilməsinə və sərnişinlər üçünrahat səyahət imkanlarının artırılmasına töhfə verməyə davamedir.

Məqalədə:
Избранный
51
12
az.trend.az

10Источники