RU

Hakimlər Komitəsinin sədri Əliyar Ağayevin qərarının yanlış olduğunu təsdiqlədi VİDEO

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XVI turunda keçirilmiş oyunlardakı mübahisəli epizodları şərh edib.

Moderator.az xəbər verir ki, "Kravan-Yevlax" - "Neftçi" oyununda baş verən epizodda FIFA referisi Əliyar Ağayevin qərarını yanlış hesab edib.

Belə ki, matçın birinci hissəsinin sonlarında “Neftçi”nin müdafiəçisi öz cərimə meydanında topa başla oynayır. VAR epizodu yoxlayır və mümkün penalti vəziyyəti olduğu üçün baş hakim Əliyar Ağayevi monitoru izləməyə dəvət edir.

Ağayev epizodu izlədikdən sonra “ağ-qaralar”ın qapısına penalti təyin edir. Qaydalara əsasən isə oyunçu havada topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etmədiyindən, bu epizod qayda pozuntusu kimi dəyərləndirilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
1
moderator.az

3Источники