RU

“Santyaqo Bernabeu” “Real”a bu qədər qazandıracaq

“Real” bu mövsüm “Santyaqo Bernabeu” stadionunun istismarından 400 milyon avrodan çox gəlir əldə etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Klubda ümumi gəlirlərin 1,248 milyard avro səviyyəsində olacağı proqnozlaşdırılır ki, bunun 402,5 milyon avrosu yenilənmiş arenanın istifadəsindən əldə olunacaq.

Ötən mövsüm yalnız stadion kompleksi daxilindəki biznes fəaliyyəti hesabına (matç biletlərinin satışını nəzərə almadan) klub 79,1 milyon avro qazanıb. Bu məbləğin 52,6 milyon avrosu “Bernabeu” turlarından, 15,4 milyon avrosu müxtəlif tədbir və konsertlərdən, 10,3 milyon avrosu isə restoranlardan əldə olunub.

Cari mövsümdə stadion turlarından gəlirlərin 31 faiz artacağı gözlənilir. Bundan başqa, hələlik arenanın əsas incisi hesab olunan “SkyBar” istifadəyə verilməyib.

Избранный
59
publika.az

1Источники