RU

Beyləqanda cinayət yerində polisə mane olan CƏRİMƏLƏNDİ

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Beyləqanda qətl törədilən ərazidə polisə mane olan şəxs cərimələnib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Ərazidə baş verən qətl hadisəsi ilə əlaqədar polis və prokurorluq əməkdaşları cinayət yerinə gələrək, istintaq hərəkətləri aparıblar. Onlar qətlə yetirilən şəxsin meyitini hadisə yerindən çıxararkən rayon sakini olan 29 yaşlı Faiq Məmmədov (ad və soyad şərtidir) “Mercedes” markalı avtomobilini yaxınlıqda çıxarıb. Nəticədə hüquq-mühafizə orqanı əməkdaşlarının fəaliyyətinə maneçilik törədib. Polislər ona avtomobili ərazidən çıxarmağı bildirsələr də, o, qanuni tələbə məhəl qoymayıb.

Buna görə də o saxlanılaraq, Beyləqan rayon Polis Şöbəsinə aparılıb. Burada onun barəsində İnzibati Xətalar Məcəlləsinin iki maddəsilə protokol tərtib olunub.

Beyləqan rayon Məhkəməsinin qərarı ilə Faiq Məmmədova 150 manat məbləğində cərimə cəzası verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
1
lent.az

2Источники