RU

İstanbulda “Natiq” ritm qrupunun solo konserti olub

Yazını böyüt
Yazını kiçilt

İstanbulda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Natiq” ritm qrupunun solo konserti keçirilib.

Hafta.az xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən “SOCAR”ın dəstəyi ilə təşkil edilən konsert Xalq artisti Natiq Şirinovun rəhbərliyi ilə baş tutub.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva bu tarixin azərbaycanlıların milli birliyinin başlanğıc nöqtəsi olduğunu, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını yaşadanların bu birliyə böyük töhfə verdiyini deyib.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən bu gün uzun illər həsrətində olduğumuz milli birliyin yaradılmasının ana xəttini müəyyən edib. Vətənə bağlılıq hisslərini özündə təcəssüm edən bu həmrəylik ikinci Qarabağ müharibəsində ən gözəl şəkildə özünü bir daha büruzə verdi. Yalnız Azərbaycandakı deyil, bütün dünya azərbaycanlılarının Vətən müharibəsinin ilk günündən etibarən bir yumruq kimi Prezidentimizin ətrafında birləşməsi istər Ulu Öndərin siyasi yolunun, istərsə də xalqımızın birliyi istiqamətində atdığı hər addımın bu gün dövlətimiz və xalqımız tərəfindən uğurla davam etdirildiyini göstərən ən gözəl nümunə oldu.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Konsertdə “Natiq” ritm qrupu milli musiqi əsərlərimizi səsləndirib. Ansamblın proqramına ənənəvi muğam elementləri ilə müasir etnosəsin ritmik formalarının sintezinə əsaslanan əsərlər daxil edilib.

Sənətçilərimizin çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.

Избранный
25
1
hafta.az

2Источники