RU

Qaradağda avtobus qəzasında xəsarət alanlardan XƏBƏR VAR

Dekabrın 25-də Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərdən (4-ü qadın, 7-si kişi) 5 nəfərin müalicəsi tibbi müəssisəsində davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib.

Məlumata görə, onlardan 2 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. 

6 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Zeynəb Rzayeva

Избранный
32
4
bakivaxti.az

5Источники