RU

Bahalı maşın sürücüsü motokuryerə “dəymə, cızarsan” dedi, dava düşdü VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtda motosiklet sürücüsü ilə avtomobil sürücüsü arasında gərginlik yaşanıb.

Avtosfer.az xəbər verir ki, hadisə yol hərəkəti zamanı baş verib. Motosiklet sürücüsü avtomobilin yanından keçərkən, maşının idarəçisi ona ehtiyatlı olmasını və maşına dəyməməsini xahiş edib. Bu xəbərdarlıq motosiklet sürücüsünü qəzəbləndirib.

Bakının tarixi forması necə dəyişdi və tıxaclar şəhərinə çevrilmənin tarixi – AÇIQLAMA - VİDEO

O, deyilənləri özünə qarşı hörmətsizlik kimi qiymətləndirərək avtomobil sürücüsünün onu alçaltdığını iddia edib və tərəflər arasında sözlü mübahisə yaranıb. Gərginlik zamanı motosiklet sürücüsünün “Məni əllə təhqir etsəniz, problem deyil” ifadəsini işlətdiyi də eşidilib.

Hadisə fiziki qarşıdurmaya keçməsə də, yol hərəkəti iştirakçıları arasında qarşılıqlı hörmətin və etik davranışın vacibliyini bir daha gündəmə gətirib. Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
avtosfer.az

1Источники