RU

Avtobus qəzasında yaralanan 6 nəfər evə buraxılıb - TƏBİB

Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərdən (4-ü qadın, 7-si kişi) 5 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 2 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. 

6 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, ötən gün Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Onlardan 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

Избранный
20
4
modern.az

5Источники