RU

Zelenski: Yeni ilə qədər çox şey qərarlaşdırıla bilər

Yaxın gələcəkdə ABŞ prezidenti Donald Trampla ən yüksək səviyyədə görüş barədə razılıq əldə edilib...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram-da məlumat verib.

O, qeyd edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, ABŞ ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov Amerika tərəfi ilə əlaqələr qurub və Trampla görüş barədə razılıqlar var.

"Rüstəm Umerov Amerika tərəfi ilə əlaqələr barədə məlumat verib. Biz bir günü də boşa sərf etmirik. Ən yüksək səviyyədə - yaxın gələcəkdə Trampla görüş barədə razılığa gəlmişik. Yeni ilə qədər çox şey qərarlaşdırıla bilər. Ukraynaya eşq olsun!", deyə Zelenski bildirib.

Qeyd edək ki, yaxın günlərdə Zelenskinin ABŞ rəhbərliyi ilə Mar-a-Laqoda vacib danışıqlar aparmaq üçün Floridaya səfər etməsi gözlənilir. Kiev Post-un diplomatik mənbəsinə görə, səfər 28 dekabrda baş tuta bilər. Zelenski Milad bayramında ABŞ prezidentinin elçiləri Stiv UVitkoff və Cared Kuşnerlə baş tutan telefon danışığından danışıb. O, bəzi sənədlərin artıq hazırlandığını, bəzilərinin isə "tam hazır" olduğunu qeyd edib.

Poliqon.info

Избранный
15
1
poliqon.info

2Источники