Deputat Fazil Mustafa Bakı şəhərində yol tıxaclarının aradan qaldırılması üçün iş saatlarının tənzimlənməsi və distant iş rejiminin tətbiqi imkanlarının nəzərdən keçirilməsini təklif edib.
O bildirib ki, bəzi ölkələrdə iş günləri səhər 7-də başlayıb 16:00-da bitir və bu, işçilərin evdən çıxış vaxtını daha balanslı edir.
“İnsanların böyük əksəriyyəti iş yerinə çatmaq üçün 2 saat öncədən evdən çıxır. Əgər işçi evə getmək üçün 2 saat gecikirsə, onu 1 saat tez buraxmaq lazımdır. Bu addımları xüsusilə dövlət qulluğunda çalışanlar üçün atmaq məqsədəuyğundur”, – Mustafa əlavə edib.
Deputat tıxac probleminin yalnız şəhərin ümumi infrastruktur məsələsi deyil, həm də iş vaxtlarının optimallaşdırılması ilə həll oluna biləcəyini vurğulayıb.
Gülnar Nazimqızı