RU

Kiyev Rusiyanın neft emalı zavodunu “vurdu”: Britaniya raketləri...

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ukrayna Silahlı Qüvvələrinin qərargahı Rusiyadakı böyük bir neft emalı zavoduna hücum etmək üçün Britaniyanın "Storm Shadow"  raketlərindən istifadə etdiyini açıqlayıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Baş Qərargahın “X” hesabında yayadığı açıqlamada Novoşaxtinsk neft emalı zavoduna bir neçə raket zərbəsi endirilib və bu da çoxsaylı partlayışlara səbəb olub:

“Bu silah növü artıq Rusiya ərazisində bir neçə dəfə istifadə olunub”.

Baş Qərargah bəyan edib ki, Novoşaxtinsk neft emalı zavodu Rusiyanın cənubunda neft məhsullarının əsas tədarükçülərindən biridir və Rusiya Federasiyasının silahlı qüvvələrinin, xüsusən də aviasiya üçün dizel yanacağı və kerosinlə təchizatında birbaşa iştirak edir:

“Uzaq mənzilli raketlər və dronlarla gündəlik Rusiyanın hücumlarına məruz qalan Ukrayna enerji obyektlərinə və infrastrukturuna zərbələr endirməklə cavab verir”.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
bakivaxti.az

1Источники