Bakı, 26 dekabr, AZƏRTAC
Komanda çempionatda ilk “üçlük”dən uzaq deyildi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan”la yollarını ayıran baş məşqçi Elmar Baxşıyev deyib.
O, komandanın bu mövsümkü nəticələrinin pis olmadığını bildirib: “Sadəcə, klub rəhbərliyi mənimlə işləmək istəmədiyini bildirdi. Bununla da yollarımız ayrıldı”.
Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Misli Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.