“Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib”.
Redaktor.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2025-ci ilin yekunlarına dair” brifinqdə deyib.
"Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində institusional akkreditasiya qiymətləndirilməsi təşkil edilib. Eyni zamandq Gəncə Dövlət Universitetində də təkrar institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
Aytəkin TOFİQQIZI