Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən “Hüquqşünaslıq” ixtisası üzrə peşə imtahanında iştirak edən 75 nəfərdən yalnız 37-si 30 sualdan yarısına və ya daha çoxuna düzgün cavab verərək kvalifikasiyalarının tam tanınması üzrə şəhadətnamə əldə edib. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.
O vurğulayıb ki, uğursuz nəticə göstərən müraciətçilərin əksəriyyəti Rusiya və Ukrayna ali təhsil müəssisələrinin məzunlarıdır.
"Rusiya ATM-lərindən müraciət edən 37 nəfərdən 22-si, Ukrayna ATM-lərindən müraciət edən 29 nəfərdən 16-sı imtahandan keçə bilməyib. Ankara və Bahçeşehir universitetlərinin məzunları ən yüksək nəticə göstərib və Türkiyə ATM-lərindən müraciət edən bütün iştirakçılar imtahandan uğurla keçib.",-o bildirib.
Aytac