RU

Zahid Oruc: Sərhədlərimiz bu səbəbdən açılmır

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Pandemiyadan sonra davam edən belə vəziyyət (quru sərhədlərin bağlı olması) regional ticarətin genişlənməsini məhdudlaşdırır, tranzit və logistika potensialının tam reallaşmasına mane olur, yüklərin daha uzun və baha marşrutlarla daşınmasına səbəb olur. 

Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib. 

Deputat bildirib ki, regional inteqrasiyanın ləngiməsi Cənubi Qafqazda vahid iqtisadi məkanın yaranmasını əngəlləyir. "Azərbaycan–Türkiyə–Mərkəzi Asiya xəttində logistik deyil, ticari fasilə yaradır. Xüsusilə gələcəkdə Orta Dəhliz, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xətləri kontekstində kommunikasiyaların açılması iqtisadi baxımdan faydalı olacaq.

Digər tərəfdən, yalnız hava nəqaliyyatı ilə hərəkətə icazə ailə və yaxınlararası humanitar əlaqələri zəiflədir, transsərhəd regionlarda yaşayan sakinlərin gündəlik ticarət və əmək imkanlarına ziyan vurur, əlavə xərclər yaradır. Hamının  təyyarə nəqliyyatından yararlanmaq imkanı yoxdur. Tələbələr ən həssas təbəqədir. Sıxıntılar cəmiyyət tərəfindən ciddi hiss olunur və onların tələbləri başa düşüləndir", - o qeyd edib.

Deputat əlavə edib ki, lakin sərhədlər yalnız iqtisadiyyat və logistika mövzusu deyil, dövlətin təhlükəsizliyi, suverenliyi və gələcəyi ilə birbaşa bağlı olan strateji məsələdir.

"Ölkəmiz Qafqazlarda sərhədlərin tam açılmasına, regional əməkdaşlığa və sülhə xidmət edən əsas təşəbbüskar dövlətdir. Yeni sərhəd siyasəti müasir təhlükəsizlik çağırışları, regional müharibələr və beynəlxalq gərginliyi nəzərə almağa məcburdur.

Rusiya–Ukrayna müharibəsi Avropa və Avrasiya məkanında nəzarətsiz silah dövriyyəsini, muzdlu və yarı-nizami silahlı qrupların yayılmasını, qaçqın və miqrant axınlarını kəskin şəkildə artırıb. Proseslər təkcə müharibə zonaları ilə məhdudlaşmır, region ölkələri üçün real təhlükəsizlik böhranları yaradır.

Beynəlxalq təhlükəsizlik hesabatlarına əsasən, terror qruplarının təxminən 30–40 faizi münaqişə sonrası regionlardan yayılır, qeyri-qanuni miqrasiya kanalları terror riskini 2–3 dəfə artırır. Azərbaycan riskləri sərhədlərdə sərt nəzarət, xüsusi rejimlər, mərhələli açılış hesabına minimumda saxlayır.

Digər vacib məqam İranla bağlı beynəlxalq siyasi və hərbi gərginliyin artmasıdır. İsraillə 12 günlük müharibə və yenidən savaş  perspektivi regionda qeyri-sabitlik riskini gücləndirir, mümkün sanksiyalar və hərbi eskalasiyalar fonunda sərhədyanı təhlükəsizlik tədbirlərini zəruri edir.

Qaçqın axınların bir hissəsi Qara dəniz, Cənubi Qafqaz, Yaxın Şərq marşrutları üzərindən hərəkət edir. İndiki dövrdə açıq sərhədlərimiz potensial təhlükə koridoruna çevrilə bilər",- o bildirib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
46
1
olke.az

8Источники