Bakı. Trend:
Qanuna əlavədə istifadə edilən “milli-mənəvi dəyərlər” ifadəsihüquqi-normativ aktlarda ayrıca anlayış kimi təsbit edilməyib vəölçülə bilən hüquqi meyarlarla müəyyən olunmayıb.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentinbugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, bu anlayışın semantik yükü aydın olsada, normativ tətbiq baxımından onun şərhində müxtəlif yanaşmalarınortaya çıxması ehtimalı mövcuddur:
“Təklif olunan əlavədə artıq “ictimai mənəviyyat”, “əxlaqnormaları” və “əxlaqsız hərəkətlər” kimi hüquqi baxımdan müəyyənolunmuş anlayışlar yer alır, normanın tətbiqi üçün əlavəqeyri-müəyyən anlayışların daxil edilməsinə ehtiyac yaranmayabilər. Yeni əlavənin mövcud hüquqi mexanizmlərlə normativ uyğunluğutəmin edilməlidir”.
Deputat vurğulayıb ki, qüvvədə olan normativ-hüquqi aktlarda“milli-mənəvi dəyərlər” anlayışı hüquqi termin kimi təsbitedilməyib:
“Konstitusiyada ümumbəşəri dəyərlər və mənəviyyatanlayışlarından istifadə olunur ki, bu da hüquqi baxımdan dahageniş və tətbiqi baxımdan müəyyənlik yaradan anlayışlardır.Normativ aktlarda istifadə edilən terminlərin hüquqi müəyyənlikprinsipinə uyğunluğu sonrakı tətbiq mərhələsində mübahisələrinqarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Gələcəkdə təklif olunan maddənin tətbiqi zamanı sanksiyalarınmübahisələndirilməsi prosesində subyektiv şərh risklərininyaranmaması üçün normanın terminoloji dəqiqliyinin təminedilməsinin məqsədəuyğun olduğunu düşünürəm”.