RU

Rubio: Kamboca ilə Tailand arasındakı toqquşmalar bizi narahat edir

ABŞ dövlət katibi Marko Rubio Kamboca Baş naziri Hun Manet ilə keçirdiyi görüşdə ABŞ-ın Kamboca və Tailand arasında davam edən toqquşmalardan narahatlıq keçirdiyini bildirib.

Editor.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı yazılı açıqlamaya əsasən, ABŞ dövlət katibi Marko Rubio ilə Kamboca Baş naziri Hun Manet arasında telefon danışığı baş tutub. Görüş zamanı Kamboca–Tailand sərhədində yaranmış gərginlik müzakirə edilib.

Davam edən qarşıdurmalardan “narahat olduqlarını” ifadə edən Rubio ABŞ Prezidenti Donald Trampın “sülhə maraqlı olduğunu” vurğulayıb və Malayziyada imzalanmış sülh sazişinin tam şəkildə icra edilməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, Vaşinqton tərəfləri gərginliyin azaldılması və diplomatik yollarla həllin tapılmasına çağırır.

//Gülnarə Abasova, Editor.az

Избранный
43
editor.az

1Источники