RU

“Saxta diplom və tanınma şəhadətnamələri bizi narahat edir” - TKTA sədri

“Son vaxtlar saxta sənədlər, diplomlar və tanınma şəhadətnamələri bizi narahat edir”.

Redaktor.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2025-ci ilin yekunlarına dair” brifinqdə bildirib.

“Təkcə dünən bu istiqamətdə iki şəxslə görüşmüşük. Onlar da vaxtilə aldadılanlar sırasındadırlar. Təəssüf ki, onlar vaxtilə kiminsə vədinə inanıb. İnsanımız ali təhsili üstün tutursa, məhz sənədin arxasınca deyil, biliyin arxasınca getməlidir”.

Aytəkin TOFİQQIZI

Избранный
68
redaktor.az

1Источники