RU

TKTA-dan saxta sənədlərlə bağlı XƏBƏRDARLIQ

“Son dövrlər saxta sənədlər, saxta hüquqi əsaslar və müxtəlif qeyri-qanuni fəaliyyətlərlə bağlı hallar müşahidə olunur və bu məsələlər xüsusi nəzarətdə saxlanılır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə səsləndirib.

T.Əhmədovun sözlərinə görə, son dövrlər vətəndaşların müxtəlif saxta sənədlər və aldadıcı fəaliyyətlər vasitəsilə yanlış yönləndirilməsi halları artıb. Bu cür halların qarşısının alınması üçün müvafiq tədbirlər planı hazırlanıb və ardıcıl şəkildə icra olunur.

“Bəzi şəxslər və vasitəçilər tərəfindən vətəndaşların aldadılması faktları mövcuddur və bu, ciddi problemlərə yol açır. Bu cür hallara yol verənlərə qarşı qanunvericiliyə uyğun addımlar atılır”.

Tural Əhmədov əlavə edib ki, Agentlik aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirmə işlərini də gücləndirir və əsas məqsəd vətəndaşların daha düzgün qərarlar verməsinə dəstək olmaqdır. Onun sözlərinə görə, bu istiqamətdə həm nəzarət mexanizmləri sərtləşdirilir, həm də ictimai məlumatlandırma artırılır.

Zeynəb Rzayeva

Избранный
23
1
bakivaxti.az

2Источники