RU

BMTM əlaqələrini genişləndirir  

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müxtəlif tərəfdaş qurumlarla əməkdaşlıq əlaqələri yaradıb.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev mətbuat konfransında deyib.

“Bu il akademik fəaliyyətin genişləndirilməsi və ortaq layihələrin icrası məqsədilə 6 tərəfdaş qurumla - İspaniyanın “Agora Diplomatica” platforması, Macarıstanın Danube İnstitutu, İtaliyanın Anteo Edizioni nəşriyyatı, Misirin “Hivar” Siyasi və Media Araşdırmaları Mərkəzi, İordaniya Universitetinin nəzdindəki Strateji Araşdırmalar Mərkəzi, həmçinin İran İslam Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutu (IPIS) ilə Anlaşma Memorandumu imzalanıb”,- deyə F.Şəfiyev bildirib.

Избранный
18
1
azerbaijan-news.az

2Источники