RU

Keçmiş prezidentə bu qədər həbs cəzası verildi

Cənubi Koreyanın xüsusi prokuroru Seul Mərkəzi Dairə Məhkəməsində keçirilən iclasda ölkənin sabiq prezidenti Yun Sok Yola qarşı ədalət mühakiməsinə mane olmaq ittihamı ilə 10 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

KONKRET.az bildirir ki, ittihama əsasən, Yun Sok Yol 2025-ci ilin yanvarında həbsinə mane olmaq məqsədilə istintaq orqanlarının fəaliyyətini əngəlləməyə çalışıb.

Prokurorların bildirdiyinə görə, sabiq prezident həmin vaxt özünü prezident iqamətgahında barrikada arxasında gizlədərək hüquq-mühafizə orqanlarının hərəkətlərini bloklayıb. Bundan əlavə, ona qarşı daha bir ittiham da irəli sürülüb. O, 9 naziri hərbi vəziyyətin tətbiqi ilə bağlı iclasa dəvət etmədiyinə görə onların hüquqlarını pozmaqda da günahlandırılır.

Prokurorun mövqeyi məhkəmə prosesinin yekun iclasında səsləndirilib. Bu iş Yun Sok Yola qarşı 2024-cü ilin dekabrında elan edilən hərbi vəziyyətlə bağlı açılmış dörd cinayət işindən birincisidir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
41
1
konkret.az

2Источники